İran BMT Baş Assambleyasının qətnaməsinə sərt reaksiya verib
Tehran, 17 dekabr, AZƏRTAC
BMT Baş Assambleyasının İranda insan hüquqları ilə əlaqədar qəbul etdiyi qətnaməyə rəsmi Tehran sərt reaksiya verib.
AZƏRTAC xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətubzadə bu qətnamənin qərəzli və təzyiq altında hazırlandığını bildirib. Qeyd edib ki, qətnamə İranda insan hüquqlarının obyektiv vəziyyətini və həqiqəti əks etdirmir.
S.Xətibzadə nəzərə çatdırıb ki, sistematik olaraq insan hüquqlarını bəhanə gətirərək suveren dövlətlərin daxili işlərinə qarışırlar və həmin dövləti inkişaf istiqamətindən döndərib "sözə baxan" dövlət halına çevirməyə çalışırlar.
Mətbuat katibi beynəlxalq institutları müstəqil siyasət yürüdən dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etmək praktikasına son qoymağa çağırıb. Bu cür qeyri-konstruktiv addımlar nəinki bir sıra dövlətlərdə ümumilikdə bütün dünyada insan hüquqlarının qorunmasına böyük zərbə vurur.
Qeyd edək ki, dekabrın 16-da Kanadanın İranda insan hüquqları ilə bağlı BMT Baş Assambleyasına təqdim etdiyi qətnamə müzakirə edilərək qəbul olunub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]