İran Fransa qəzetinə kəskin etirazını bildirib
Tehran, 4 sentyabr, AZƏRTAC
İran Fransanın “Charlie Hebdo” qəzetini Məhəmməd Peyğəmbərin karikaturasını dərc etdiyinə görə kəskin tənqid edib.
AZƏRTAC xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə qəzetin söz azadlığı adı altında Peyğəmbərin karikaturasını yaymaqla 1 milyarddan çox müsəlmanı təhqir etmiş olub.
S.Xətibzadə cari il sentyabrın 2-də qəzetdə dərc olunan materialı təxribat adlandırıb və qeyd edib ki, belə hallar dünya miqyasında dinlər arasında təfriqəyə yol açır. Bu, qətiyyən yolverilməzdir. Fransanın hakimiyyət orqanları belə mənfi halların qarşısını almaq əvəzinə, söz və fikir azadlığı pərdəsi arxasında gizlənirlər.
Qeyd edək ki, 2015-ci ildə də qəzet eyni karikaturanı dərc etmişdi. Həmin vaxt bir qrup müsəlman gənc qəzetin redaksiyasına daxil olaraq oranı dağıtmışdılar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]