İRAN İSLAM RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRİ BAKIYA GƏLMİŞDİR
İyunun 16-da İran İslam Respublikasının ədliyyə naziri Məhəmməd İsmayıl Şüştəri Azərbaycana üçgünlük rəsmi səfərə gəlmişdir.
İranın ölkəmizdəki səfirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səfərinin ilk günü Şüştəri Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik naziri Namiq Abbasov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ilə görüşlər keçirəcəkdir.
İki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanacaqdır.
Qonağın Şəki şəhərinə səfəri və Bakıda Azərbaycanın hüquq-mühafizə orqanları ilə tanışlığı nəzərdə tutulur.