İran Koreya Respublikasının bankındakı pulunu geri istəyir
Tehran, 17 iyun, AZƏRTAC
İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Koreya Respublikasının İrana məxsus 9 milyard dolları bankda dondurması ilə əlaqədar maraqlı tvit yazıb.
AZƏRTAC xəbər verir ki, M.Vaezi İranın Koreya texnologiyaları və avtomobilləri üçün böyük bazar olduğunu bildirib. Qeyd edib ki, Koreya hökuməti İran xalqına məxsus pulların üzərindən qadağanı aradan qaldırmalı və ABŞ-ın sanksiyalarına görə əlində olan bazarı itirməməlidir.
Qeyd edək ki, neft satışından İranın əldə etdiyi 9 milyard dollar Koreyanın banklarında rəsmi Seul tərəfindən dondurulub. İran iqtisadiyyatı isə koronavirus pandemiyasından və ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar ucbatından böhran vəziyyətinə düşüb. Hazırda İranın bu vəsaitə böyük ehtiyacı var. Prezident Həsən Ruhani Mərkəzi Banka və Xarici İşlər Nazirliyinə vəsaitin ölkəyə qaytarılması üçün xüsusi tapşırıq verib.
İranın Mərkəzi Bankından bildirilib ki, pulların geri qaytarılması üçün tədbirlərin həyata keçirilməsinə başlanılıb. Rəsmi Seul isə hələlik məsələyə münasibət bildirməyib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]