İran Prezidenti konstitusiyaya əlavə və dəyişikliklərin vacib olduğunu bildirib
Tehran, 23 dekabr, AZƏRTAC
İran Prezidenti Həsən Ruhani ölkə konstitusiyasına əlavə və dəyişikliklərin vacib olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, prezident son 31 il ərzində İran konstitusiyasında heç bir dəyişiklik edilmədiyini, indi bunun zamanın tələbi olduğunu deyib.
Həsən Ruhani nəzərə çatdırıb ki, konstitusiyada çoxpartiyalı sistem əks olunmayıb. İnsanlar seçki zamanı yalnız ayrı-ayrı namizədlərə səs verirlər. Lakin onların siyasi ideologiyanın daşıyıcısı olan siyasi partiyalara səs vermək imkanları məhduddur.
Qeyd edək ki, İran parlamentində keçmiş yüksək rütbəli hərbçilərin prezident seçkilərində namizəd kimi iştirak etmələrinin qadağan edilməsinə dair qanun layihəsi müzakirələrdən sonra qəbul olunmayıb. Gələn ilin iyununda İranda keçiriləcək prezident seçkilərində istefada olan yüksək rütbəli generallar da iştirak edə biləcəklər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [22:29]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:25]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
- 14.06.2026 [22:02]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [21:52]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [20:55]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:32]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]
15 İyun xalqın strateji seçimi idi – ŞƏRH
- 13.06.2026 [22:21]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [22:01]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [21:25]