İranda 3 tondan çox narkotik vasitə müsadirə olunub
Bakı, 24 yanvar, AZƏRTAC
İranın Fars vilayətində polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində 3 ton 100 kiloqram narkotik vasitə aşkar edilib.
AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin nümayəndəsi Rəhimbəxş Həbibi bildirib.
Qeyd edilib ki, vilayətin Firuzəbad, Laristan, Darab və Niriz şəhərlərində keçirilən əməliyyatlarda narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qrup üzvləri həbs edilib.
Vurğulanıb ki, Əfqanıstanla sərhəddən gələn avtomobilərə keçirilən baxış zamanı onların əksəriyyətində narkotik maddələr aşkarlanıb.
Yerli mətbuat yazır ki, polisin əməliyyatlarına baxmayaraq, narkotik vasitələrin qaçaqmalçılığına, İran ərazisində satışına və ölkə ərazisindən tranzit keçərək başqa ölkələrə çatdırılmasına son qoymaq mümkün olmur. Bunun səbəbi ölkədə narkotik qaçaqmalçılığına yüksək səviyyədə himayədarlığın edilməsidir. Narkotik qaçaqmalçılığında külli miqdarda pul dövr etdiyi üçün onun tam qarşısını almaq bir çoxları üçün maraqlı deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]
BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb
- 14.10.2026 [10:52]
Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq
- 14.10.2026 [10:41]
Almaniyada intiharların sayı artır
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:40]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [23:19]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [22:52]
Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 13.10.2026 [21:47]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:40]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [21:23]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [21:21]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
- 13.10.2026 [21:03]
Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib
- 13.10.2026 [20:48]
Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib
- 13.10.2026 [20:34]