İRANDA QADIN İNFORMASİYA AGENTLİYİ YARADILMIŞDIR
AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, İranda Qadın İnformasiya Agentliyi (İWNA) fəaliyyətə başlamışdır. Bu münasibətlə keçirilən mərasimdə yeni agentliyin rəhbəri Sadiqə Kənadi bildirmişdir ki, İWNA İranda və digər ölkələrdə yaşayan qadınların ümdə problemləri, siyasətdə, iqtisadiyyatda, mədəniyyət və idmanda rolu və xidmətləri barədə xəbərlər yayacaqdır.
Xanım Kənadi demişdir ki, agentliyin başlıca vəzifələrindən biri də İran və dünya ictimaiyyətinin diqqətini müxtəlif dövlətlərdə qadınların hüquqlarına necə riayət olunduğuna, onların pozulması hallarına cəlb etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]