Azərbaycan Dövlət İnformasiya Agentliyi

İrandakı və Livandakı erməni lobbisi çirkin işlər həyata keçirir

Tehran, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 6-da İran səmasında kəşfiyyat uçuşu həyata keçirən pilotsuz uçan aparatın (PUA) vurulması dünya mediasında müzakirə mövzusuna çevrildi. Livan mətbuatı yazdı ki, guya bu aparat Azərbaycan ərazisindən İran səmasına daxil olub. Rəsmi Tehran Livan mətbuatında gedən xəbərə o qədər də böyük əhəmiyyət vermədi. Azərbaycanın Müdafiə Nazirliyi bəyanat verərək bu məlumatı təkzib etdi. İranın bəzi mətbuat orqanları isə məsələni bir qədər şişirtdilər. Əlbəttə ki, ortalığa heç bir sübut qoyulmadı. Bəs nəyə görə Azərbaycan heç bir əsas olmadan İran və Livan mediasında, elə media səviyyəsində də ittihama məruz qaldı?

Tehranda Livan mətbuatını da təmsil edən xüsusi müxbirlər var. Müxtəlif beynəlxalq tədbirlərdə həmin müxbirlərlə görüşüb söhbət edirik. Onların dediyinə görə, Livan mətbuatında çoxlu sayda erməni jurnalist çalışır və onlar bir sıra media qurumlarına nəzarət edirlər. Bununla yanaşı, Livanda fəaliyyət göstərən erməni təşkilatlarının da çoxsaylı mətbuat orqanları var. İran ordusunun vurduğu PUA-nın Azərbaycan ərazisindən İran səmasına daxil olması haqqında xəbəri də məhz erməni təşkilatlarına məxsus qəzetlərdən biri dərc edib. Livanda dərc olunan erməni qəzetləri və digər mətbu orqanları haqqında növbəti məqalədə geniş məlumat verəcəyik.

Beləliklə, əsassız yazıların məhz indiki vaxtda, yəni, rəsmi Bakı ilə Tehran arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bir zamanda meydana çıxması onu deməyə əsas verir ki, erməni lobbisi iki qonşu və dost dövlətin qarşılıqlı münasibətlərini pozmağa çalışır və bu, heç də təsadüfi xarakter daşımır. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri, bu səfərlər çərçivəsində iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsinə dair imzalanan sənədlər bəzi qüvvələri narahat edib. İranı Yaxın Şərq bölgəsindən sıxışdırıb çıxarmağa çalışan transmilli korporasiyalar bu ölkənin zəngin enerji resurslarına da göz dikiblər. Heç də həmişə ədalətli xarakter daşımayan iqtisadi sanksiyalarla İranı diz çökməyə məcbur etmək istəyənlər onun qonşuları ilə də münasibətlərini korlamağa çalışıb və “bulanıq suda asan balıq tutmaq” prinsipini işə salıblar. İki qonşu dövlət arasında nifaq salmaq planı ilk dəfə deyil ki, həyata keçirilir. Cari ilin fevralında İranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan da təxribat xarakterli hərəkət etdi. O, erməni lobbisi ilə görüşü zamanı “Qarabağ Ermənistandır” şüarı qarşısında şelfi çəkərək sosial şəbəkələrdə paylaşdı. Həmin vaxt Azərbaycanda əhalinin narahatlığını nəzərə alan İranın rəsmi şəxsləri də Paşinyanın hərəkətlərini təxribat kimi qiymətləndirdilər. İran vətəndaşları olan ermənilərin hərəkətləri isə qınandı. Yəni, aydın oldu ki, Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları 25 ildən çoxdur işğalda saxlamasına baxmayaraq, bu illər ərzində İranda yaşayan heç bir erməni işğal məsələsinə münasibət bildirməyib. Hər halda ermənilərin kompakt yaşadıqları Tehran, İsfahan və Urmiya kimi şəhərlərdə Dağlıq Qarabağa dair çıxışları, etirazları müşahidə edilməyib. Onlar beynəlxalq aləmə Dağlıq Qarabağın Ermənistana verilməsi tələbi ilə ictimaiyyətin nəzərinə çarpacaq hərəkətlər etməyiblər. Bəs nə oldu ki, Paşinyan İrana gələn kimi İran ermənilərində yalançı vətənpərvərlik hissləri baş qaldırdı? Deməli, bu təxribatı elə Ermənistanın özü hazırlayıb və baş nazirin səfəri zamanı həyata keçirib. Məqsəd isə aydındır - iki qonşunun münasibətlərini pozmaq.

Azərbaycan və İran dost, qonşu ölkələrdir. Tarixi bağlılıqla yanaşı, hər iki dövləti maraqlandıran ən başlıca məsələ ictimai-siyasi sabitliyi qoruyub saxlamaqla iqtisadiyyatı inkişaf etdirməkdir. Sabitliyi pozub bu dövlətlərə diktə etmək istəyənlərin məqsədi heç də xalqların azad və firavan yaşamasına nail olmaq deyil, onların müstəqil siyasət aparmasının qarşısını almaqdır.

Prezident İlham Əliyev bir müddət əvvəl bəyan etmişdi ki, Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmasına heç vaxt imkan verməyəcək. Azərbaycan Prezidentinin ölkənin İranla əlaqələrinin inkişaf mərhələsinə qədəm qoyduğu zaman belə bəyanatla çıxış etməsi təsadüfi deyildi. Uzaqgörən siyasi xadim olaraq dövlət başçısı dəqiq bilirdi ki, bu münasibətlərə xələl gətirmək istəyənlər olacaq.

Bu gün Azərbaycan müstəqil xarici siyasət yürütdüyünə görə təzyiqlərə məruz qalır, özünə qarşı ikili standartlardan yanaşmanın şahidi olur. Tarixin inkişaf mərhələsində yaranan imkandan istifadə edib qanı bahasına müstəqilliyini bərpa edən Azərbaycanı böyük qüvvələr idarə etməyə, istədikləri kimi yönəltməyə, dövlətimizdən sui-istifadə etməyə çalışırlar. Lakin nədənsə ermənilərin işğalçılıq siyasətinə, onların törətdikləri soyqırımına göz yumurlar. Azərbaycan xalqı öz yolu ilə heç kimə mane olmadan irəliyə doğru getməyə can atarkən və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu yolda uğurlar əldə edərkən “insan hüquqları”, “demokratiya” yada düşür. Artıq bu anlayışlardan müstəqil dövlətlərin daxili və xarici siyasətinə nüfuz etmək üçün istifadə olunduğu heç kimdə şübhə doğurmur.

Lakin bu dəfə Azərbaycanı öz qonşusu ilə münaqişəyə cəlb edib, qarşılıqlı etimadsızlıq yaradıb “bir güllə ilə iki dovşan vurmağa” cəhd edirlər. Güllələrin biri İrana, ikincisi isə Azərbaycana qarşı yönəldilib. Münasibətlər pozulacağı təqdirdə onsuz da sanksiyalardan əziyyət çəkən İran iqtisadiyyatı zərbə altına düşəcək. Azərbaycan və İranın iqtisadi inkişafına böyük təkan verəcək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi yarımçıq qalacaq və bu layihəyə xərclənən vəsait hədər gedəcək, İranın dünyaya çıxışı bağlanacaq. Siyasi səbəblərə görə dünya bazarında neftin qiymətinin artıb-azaldığı bir dövrdə öz iqtisadiyyatını şaxələndirməyə çalışaraq beynəlxalq nəqliyyat dəhlizlərinə önəm verən Azərbaycana tranzit rolunu oynamağa imkan verilməyəcək. Erməni lobbisinə məxsus medianın feyk xəbər dərc etməsi məhz elə bu planların həyata keçməsi üçündür. Əlbəttə, İranda da, Azərbaycanda da “5-ci kolon” rolunu oynamaq istəyənlər tapılacaq ki, onlar da səs-küy salıb məsələni daha da şişirtməyə can atacaqlar.

Bu cür siyasi texnologiya ilk dəfə deyil ki, tətbiq edilir. İraqa, Suriyaya, Əfqanıstana və başqa dövlətlərə edilən hərbi müdaxilələrdən əvvəl də xarici mətbuatda bu ölkələrdə kütləvi qırğın silahının olması haqqında məlumatlar yayılırdı. Lakin sonradan aydın olurdu ki, onlar nüvə silahına malik deyillər. Dünya ictimaiyyəti gördü ki, nüvə silahı, insan hüquqları, demokratiya, sadəcə olaraq, bir bəhanədir, səbəb isə yuxarıda qeyd etdiyimiz kimi, müstəqil dövlətləri yönəltmək istəyidir. Bu məsələdə isə ermənilərin İrandakı və Livandakı lobbisi ən çirkin işləri həyata keçirir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər