İraq yeni “OPEC+” razılaşmasından məmnundur
Bakı, 13 aprel, AZƏRTAC
İraq yeni “OPEC+” sazişindən məmnundur.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri İraqın Neft naziri Tamir Gadban deyib.
Nazir razılaşma sayəsində rezervuarların azalacağı və qiymətin artacağı qənaətindədir.
O, “OPEC+” iclasında əldə edilən neft hasilatının azaldılması ilə bağlı razılaşmanın bazarın sabitləşməsinə kömək edəcəyini söyləyib.
“Neft hasilatına böyük həcmdə məhdudiyyətin tətbiq olunması rezervuarların azaldılmasına və qiymətin yüksəlməsinə kömək edəcək”, - deyə nazir bildirib.
T.Gadban hasilatın azaldılması ilə bağlı may və iyun aylarının nəticələrinin OPEC-in gələcək addımlarını müəyyənləşdirməsi üçün mühüm rol oynayacağını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]