İRAQDA MÜHARİBƏ BİRLƏŞMİŞ ŞTATLARA 2 TRİLYON DOLLARDAN BAHA BAŞA GƏLƏ BİLƏR
ABŞ-ın rəsmi proqnozlarına görə, 2003-cü ilin martında İraqa müdaxilədən başlamış hərbi kampaniya cari ilin sonunadək amerikalı vergiödəyicilərinə təxminən 500 milyard dollara başa gələcəkdir. Stiqlits “Boston qlob” qəzetinə müsahibəsində demişdir: “Lakin elə işlər var ki, onlar büdcə rəqəmlərində öz əksini tapmamışdır. Zənnimcə, 2 trilyon dollar da tam rəqəm deyildir”.
İqtisadçıların hazırladıqları tədqiqatda İraq kampaniyası veteranlarına tibbi xidmətdən tutmuş neftin qiymətinin dəyişməsinədək ən müxtəlif xərclər nəzərə alınmışdır. Stiqlitsin və Bilmzin məruzəsində göstərilir ki, ABŞ hərbçiləri İraqda 2010-cu ilədək qalacaqlar. Düzdür, onların sayı tədricən azaldılacaqdır.
Ekspertlər öz hesablamalarında əvvəlki silahlı münaqişələrə dair məlumatların təhlilinə əsaslanmışlar. Tədqiqat üçün məlumatı alimlərə Pentaqon, ABŞ Veteranların İşləri Nazirliyi və Konqresin büdcə idarəsi vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]