İraqın Baş naziri Türkiyəyə səfər edib
Ankara, 17 dekabr, AZƏRTAC
İraqın Baş naziri Mustafa əl-Kazımi Türkiyəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, görüşlərdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Mustafa əl-Kazımi birgə mətbuat konfransında regional və ikitərəfli məsələlərdən danışıblar.
Türkiyə tərəfinin İraqın ərazi bütövlüyünün qorunması və siyasi sabitliyi üçün bundan sonra da bütün imkanlardan istifadə edəcəyini bildirən Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, ortaq düşmənlərimiz olan İŞİD, PKK və FETÖ terror təşkilatları ilə qətiyyətlə mübarizə aparacağıq. Dövlət başçısı Türkiyə-İraq Hökumətlərarası Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının İraqda keçiriləcəyini qeyd edib.
Baş nazir Mustafa əl-Kazımi diqqətə çatdırıb ki, İraq Türkiyənin təhlükəsizliyinə təhdid yaradan heç bir prosesdə yer ala bilməz. O, İŞİD terror təşkilatının cinayətkar fəaliyyətinin İraqda səbəb olduğu dağıntıların bərpasının Türkiyə ilə birlikdə həyata keçiriləcəyini vurğulayıb.
Səfər çərçivəsində Türkiyə ilə İraq arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]