İraqın NİNA informasiya agentliyi ilə AZƏRTAC arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib
Bakı, 31 yanvar, AZƏRTAC
İraq Respublikasının dövlət informasiya agentliyi (NİNA) ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, müzakirələr Azərbaycanın İraqdakı səfirliyində İraq Media Şəbəkəsinin rəhbəri Fadel Farajullah ilə keçirilən görüşdə aparılıb.
Görüşdə Fadel Farajullah Azərbaycanın kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etmək məqsədilə media sahəsində sazişin imzalanmasının vacibliyini bildirib.
İki ölkə haqqında informasiya mübadiləsi baxımından NİNA ilə AZƏRTAC arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi təklif olunub.
Qeyd edək ki, AZƏRTAC ilə NİNA beynəlxalq media qurumlarında sıx əməkdaşlıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]