İRƏVAN DRAM TEATRI QASTROLDAN QAYITMIŞDIR
Qastrolda xalq yazıçısı Elçinin “Poçt şöbəsində xəyal” tamaşası göstərilmişdir. Teatrsevərlər aktyorların oyunundan razı qalmış, onları gül-çiçəklə, alqışlarla qarşılamışlar.
Teatr mayın 11-dən Saatlı, İmişli, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Kürdəmir rayonlarında qastrol səfərində olacaqdır.
Teatrın direktoru İftixar Piriyev demişdir ki, xalq yazıçısı Elçinin “Poçt şöbəsində xəyal” əsərinin rəğbətlə qarşılanması aktyorlarda ruh yüksəkliyi yaratmış və onlar yenə də bu tamaşa ilə çıxış edəcəklər.
Əsas rolları xalq artisti Arif Quliyev, əməkdar artist Süleyman Nəcəfov, aktyorlardan Elnarə Heydərova, Təhminə Hüseynova, Samir Bayramov, Vaqif Kərimov və Niyaməddin Səfərəliyev oynayacaqlar.
Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəmov, bəstəkarı Cavanşir Quliyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:02]
Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir
- 11.10.2026 [23:40]
Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram
- 11.10.2026 [22:22]
XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb
- 11.10.2026 [18:00]
Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO
- 11.10.2026 [17:54]
Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı
- 11.10.2026 [12:37]