İrəvanda qızıl medal qazanan daha bir türk atlet qələbəsini Azərbaycana həsr edib
Bakı, 19 aprel, AZƏRTAC
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında daha bir Türkiyə idmançısı qələbəsini Azərbaycana həsr edib.
AZƏRTAC xəbər verir ki, çempionatda 64 kq çəki dərəcəsində çıxış edən Nuray Güngör toplam 219 kiloqramı ram edərək Avropa çempionu olub. İdmançı, həmçinin 2 kiçik medal da əldə edib. Belə ki, idmançı 99 kiloqram nəticə ilə birdən qaldırmada qızıl, 120 kiloqram göstərici ilə təkanla qaldırmada bürünc medala layiq görülüb.
Təltifetmə mərasimindən sonra Nuray Güngör “TRT Spor Yıldız” telekanalına açıqlamasında bayraq qalmaqalına görə İrəvanı yarışmamış tərk etmiş Azərbaycan idmançılarını unutmadığını bildirib: “Onlar heç də pis olmasınlar. Biz onların yerinə də mübarizə aparıb çempion oluruq”.
Daha əvvəl 45 kiloqram çəki dərəcəsində 3 qızıl medal qazanmış Cansu Bektaş və kiçik gümüş mükafata yiyələnmiş Qəmzə Altun da qələbələrini Azərbaycana həsr etdiklərini bildirmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]