MƏDƏNİYYƏT
ISESCO-nun yeni loqosunun təqdimatı olub
Bakı, 27 noyabr, AZƏRTAC
Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası noyabrın 27-də işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçən yekun iclasın proqramı açıqlanıb.
Tədbirdə ISESCO-nun yeni loqosunun təqdimatı olub. Loqo ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin, təşkilatın İcraiyyə Şurasının sədri Bubakar Dukurenin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə imzalanıb və qəbul edilib.
Sonra ISESCO-nun yeni elektron saytının, elektron xidmətlər üçün təşkilatın portalının təqdimatları olub.
Daha sonra Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə bağlı təqdimatla çıxış edib.