İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana dəvət edilib
Qahirə, 24 iyul, AZƏRTAC
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Şahin Abdullayev Prezident İlham Əliyevin dəvət məktubunu İƏT-in Baş katibi Hissein Brahim Tahaya təqdim edib.
AZƏRTAC xəbər verir ki, Baş katib dəvət məktubunu məmnuniyyətlə qəbul edib və 2026-cı ildə 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə