İslam İnkişaf Bankı Özbəkistanda həyata keçiriləcək layihələrə 500 milyon dollardan artıq vəsait ayırıb
Daşkənd, 22 dekabr, АZƏRTAC
İslam İnkişaf Bankı Özbəkistanda həyata keçiriləcək layihələrə 509,2 milyon dollar həcmində vəsait ayırıb.
AZƏRTAC Özbəkistan İnvestisiya və Xarici Ticarət Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, layihə Qaraqalpaqstan Respublikası, Xarəzm, Buxara və Nəvai vilayətlərində infrastruktur və sosial obyektlərin modernləşdirilməsinə yönəldiləcək.
Layihə çərçivəsində 1161 kilometr su təchizatı sistemlərinin, 626 kilometr məhəlləarası yolların, 1154 aşağı voltlu elektrik şəbəkəsinin, 693 km irriqasiya-drenaj şəbəkəsinin çəkilməsi, 155 tədris, səhiyyə və 100-dən artıq digər obyektlərin tikilməsi və rekonstruksiyası nəzərdə tutulur.
Layihədə Özbəkistanda onkoloji xəstələrin diaqnostikası, onların keyfiyyətli tibbi yardım alması da nəzərdə tutulur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]
Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək
- 16.06.2026 [11:47]
Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər
- 16.06.2026 [11:45]
Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib
- 16.06.2026 [11:39]
Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar
- 16.06.2026 [11:25]
Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
- 16.06.2026 [11:15]