İSLAM KONFRANSI TƏŞKİLATI AZƏRBAYCANIN HAQLI MÖVQEYİNİ DƏSTƏKLƏYİR
AZƏRTAC xəbər verir ki, bu fikri İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 33-cü sessiyasında iştirak edən İranın xarici işlər naziri Mənuçehr Mottəki mətbuat konfransında söyləmişdir. İKT-nin müxtəlif səviyyədə iclaslarında və qəbul edilən sənədlərində münaqişənin ədalətli həlli tələb olunmuşdur.
İran-Azərbaycan münasibətlərinin yüksək səviyyəsinə toxunan M.Mottəki, Bakıda olduğu müddətdə Prezident İlham Əliyevin onu qəbul etdiyini, ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi apardıqlarını söyləmişdir.
İranlı nazir İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasında müzakirə olunan məsələlər arasında müsəlman ölkələrini narahat edən problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin olduğunu diqqətə çatdırmış, İranın nüvə proqramı ətrafında yaranan gərginliklə bağlı ölkəsinin mövqyini bəyan etmişdir. O, “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) tərəfindən hazırlanmış təkliflər paketinin ciddi təhlil edildikdən sonra cavab veriləcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]