İslandiyada dekabr ayı üzrə temperatur rekordu qeydə alınıb
Stokholm, 25 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
İslandiyada Milad ərəfəsində dekabr ayı üzrə temperatur rekordu qeydə alınıb.
AZƏRTAC İslandiyanın RUV ictimai radiosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 23:00 radələrində İslandiyanın şərq sahilində yerləşən Seydisfyordyur adlı kiçik yaşayış məntəqəsində havanın temperaturu yay göstəricilərinə çataraq 19,8 dərəcə olub.
Meteoroloji müşahidələrin bütün tarixi ərzində altı il əvvəl qeydə alınmış əvvəlki rekord 0,1 dərəcə fərqlə üstələnib.
İslandiya Meteorologiya İnstitutunun meteoroloqları bu rekordu isti hava kütlələrinin və güclü küləyin dağlıq ərazilərdə fen effekti yaratması ilə izah edirlər. Bu effekt zamanı hava aşağı enərkən qızır.
Meteoroloqlar bildiriblər ki, hazırda ölkə üzərindən keçən bu qeyri-adi isti hava kütləsi fonunda İslandiyanın şərqində temperaturun daha da yüksəlməsi istisna edilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]
İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq
- 04.06.2026 [16:29]