İsmayıllı rayonunda 12 ağacın kəsilməsi nəticəsində təbiətə 7800 manat məbləğində ziyan dəyib
Bakı, 8 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları İsmayıllı şəhəri M.Orucov 124 ünvanında 12 müxtəlifcinsli ağacın kəsildiyini aşkarlayıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı ağacların həmin ərazinin mülkiyyətçisi İsmayıllı şəhər sakini Nazim Bağıyevin göstərişi ilə kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib və təbiətə 7800 manat məbləğində ziyan dəydiyi müəyyənləşdirilib.
Məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış sənədlər İsmayıllı Rayon Prokurorluğuna göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]