İsmayıllıda kartof yığımına başlanılıb
İsmayıllı, 9 iyun, AZƏRTAC
İsmayıllı rayonunda kartof yığımına başlanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kartof yığımı ilkin olaraq cənub ərazilərdə, o cümlədən Gəraybəyli, Qubaxəlilli, Kəlbənd və Kürdmaşı yaşayış məntəqələrinin ərazilərində aparılır.
Qeyd edək ki, kartofçuluq bölgədə ənənəvi təsərrüfat sahəsidir. Yerli bazarlarda ilboyu böyük tələbat olan və ailə büdcəsinə yaxşı gəlir gətirən bu məhsulun əkininə böyük maraq var. Cari mövsümdə əkin sahələri 920 hektara çatdırılıb. Ötən il 1350 ton kartof istehsal olunan bölgədə bu il 15000 ton məhsul tədarükü gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]