CƏMİYYƏT
İsmayıllıda naməlum kişi meyiti tapılıb
Bakı, 7 aprel, AZƏRTAC
Martın 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisində tanınmaz halda olan naməlum kişi meyiti aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, cəsədin tapıldığı ərazidə ona aid olduğu ehtimal edilən içərisi qəhvəyi, çölü isə mavi rəngli parça gödəkcə, göy rəngli cins şalvar, qara rəngli köynək tapılıb. Yaşı təxminən 30-40 arası, qan qrupu 3+dir.
Şəxsiyyəti istintaqa məlum olmayan, yuxarıda qeyd olunmuş əlamətlərə uyğun gələn şəxs barədə məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 210-94-95 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]