SİYASƏT
İsmət Səttarov: Seçkiqabağı təşviqatda ən böyük məsuliyyət ictimai yayımçının üzərinə düşür
Bakı, 8 avqust, AZƏRTAC
Seçkiqabağı təşviqatda ən böyük məsuliyyət ictimai yayımçının üzərinə düşür. Dövlət büdcəsindən maliyyələşən yayımçıların hamısı ictimai yayımçı funksiyası daşısa da, seçkiqabağı təşviqat məhz qanunla ictimai yayımçı kimi tanınan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Audiovizual Şuranın sədri İsmət Səttarov avqustun 8-də media subyektlərinin nümayəndələri üçün keçirilən müşavirədə söyləyib.
İ.Səttarov bildirib ki, dövlətə məxsus yayımçılar vasitəsilə seçkiqabağı təşviqat aparılmır. Qeydə alınmış bütün namizədlər üçün ödəniş həcmi və şərtləri eyni olmalıdır.