İspaniya koronavirusun ikinci dalğasının ən pis həftəsini yeni antirekordla bağlayır
Madrid, 29 avqust, AZƏRTAC
İspaniyada bu cümə günü koronavirusun ikinci dalğasının ən pis həftəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, daha çox yoluxma halları Aralıq dənizi sahilində (Kataloniya istisna olmaqla) və Kanar adalarında, eləcə də Madriddə aşkar edilir, eyni zamanda, son iki ayda ən pis dövrləri yaşayan Araqon kimi icmalarda vəziyyətin sabitləşməsi davam edir.
Bu həftənin cümə günü İspaniyada 9779 yoluxma halı qeydə alınıb, nəticədə həftəlik artım 34 minə yaxın olub.
Son 14 gün ərzində bütün İspaniya üzrə yoluxma halları artmaqdadır və artıq 100 000 sakinə 190 yoluxma halı təşkil edir. Bu isə Avropa İttifaqında ən yüksək göstəricidir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]