İspaniyanın hakimiyyət orqanları beşinci gündür ki, Uelvada yanğınla mübarizə aparırlar
Madrid, 31 avqust, AZƏRTAC
İspaniyanın cənubundakı Uelva əyalətində beşinci gündür ki, yanğının söndürülməsi üzrə iş aparılır. Bu yanğın artıq 16.700 hektar ərazini əhatə edib.
AZƏRTAC xəbər verir ki, Ulelvadakı yanğın bu ilin əvvəlindən Əndəlusda baş vermiş ən iri yanğındır. Üç gün ərzində alovu lokallaşdırmaq və nəzarətə almaq mümkün olmayıb. Yanğının baş verməsi səbəbləri hələ məlum deyil.
Bazar günü 25 təyarə və helikopter, 500 nəfərdən çox hərbi qulluqçu yanğının söndürülməsinə cəlb edilib. Altı bələdiyyədə və 13 yaşayış məntəqəsində 3200 nəfər öz evlərini tərk etməyə məcbur olub. İspaniya Qırmızı Xaç Cəmiyyəti yanğından zərər çəkənlərə çarpayılar, yataq dəstləri, gigiyena vasitələri və maskalar paylayıb.
Hakimiyyət orqanları bildirirlər ki, ərazinin əlverişsiz relyefi üzündən bu yanğını söndürmək çox çətindir, çünki bu meşələrdəki ağacların çoxu evkaliptdir. Küləyin sürəti saatda 50 kilometrdən çox olanda bu ağaclar qısa müddətdə alovlanır.
Yanğın ötən həftə cümə axşamı Almonaster-la-Real şəhərinin Olivarqas rayonunda başlayıb. O vaxtdan təcili yardım xidmətləri bu hadisə ilə bağlı 600-dən çox çağırışa cavab veriblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]