İspaniyaya gələn qeyri-qanuni miqrantların sayı 79,5 faiz artıb
Bakı, 2 avqust, AZƏRTAC
2024-cü ilin yanvar-iyul aylarında İspaniyaya 29 mindən çox qeyri-qanuni miqrant gəlib.
AZƏRTAC xəbər verir ki, bu rəqəmi Krallığın Daxili İşlər Nazirliyi açıqlayıb. Məlumata görə, altı ayda ölkəyə gələn miqrantların sayı 2023-cü ilin analoji dövrü ilə müqayisədə 79,5 faiz artıb. Eyni zamanda, ən çox miqrant Kanar adalarına gəlib – təxminən, 21,5 min nəfər. Bu, ötən ilin yanvar-iyul aylarında qeydə alınan göstəricidən 152,4 faiz çoxdur.
2023-cü ildə Kanar adalarında qeyri-qanuni mühacirlərlə bağlı vəziyyət kəskinləşib. Belə ki, arxipelaqa 39,9 min miqrant gəlib və onların sayı 2022-ci illə müqayisədə 154,5 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]