İsrail ordusu Livanla sərhəddə çox yüksək hazırlıq elan edib
Bakı, 27 dekabr, AZƏRTAC
İsrail Müdafiə Qüvvələri (IDF) müxtəlif fövqəladə hallar üçün planları təsdiqləyib və Livanla sərhəd bölgəsində çox yüksək hazırlıq vəziyyətindədir.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu sözləri İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi ordunun şimal komandanlığının qərargahında vəziyyəti qiymətləndirmək üçün keçirilən iclasda deyib.
Ordunun mətbuat xidməti Baş Qərargah rəisinin bəyanatlarını yayıb: “Bu gün biz müxtəlif gözlənilməz hadisələrlə bağlı planları təsdiq etdik və lazım gələrsə, zərbə endirməyə hazır olmalıyıq. IDF və onun şimal komandanlığı çox yüksək hazırlıq vəziyyətindədir”.
İndiyədək Livanla sərhəd bölgəsində hazırlığın düzgün və hərtərəfli aparıldığını diqqətə çatdıran Herzi Halevi bu işin eyni templə davam etdirilməli olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
- 08.10.2026 [11:38]
Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir
- 08.10.2026 [11:36]