İŞSİZLİK PROBLEMİ ARADAN QALDIRILIR
Ölkəmizin başçısı İlham Əliyevin bölgələrdə işsizlik probleminin aradan qaldırılması üçün verdiyi tapşırıq və tövsiyələrə əsasən Gədəbəy rayonunda uzunmüddətli proqram hazırlanmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, proqrama müvafiq olaraq rayonda ət-süd emalı müəssisəsi və mineral sular zavodu yaradılır. Gəncə tikiş istehsal birliyinin əvvəllər rayonda fəaliyyət göstərən filialının bərpası üçün də danışıqlar aparılır. Bundan başqa, sakinlərin çoxsaylı təklifləri nəzərə alınmaqla yaxın vaxtlarda rayonda toxuculuq fabriki də açılacaqdır.