İŞSİZLİK PROBLEMİ ARADAN QALDIRILIR
Ölkə başçısı İlham Əliyevin bölgələrdə işsizlik probleminin aradan qaldırılması üçün verdiyi tapşırıq və tövsiyələri əldə rəhbər tutan Gədəbəy rayon rəhbərliyi uzunmüddətli proqram tərtib edərək, şura iclasında təsdiq etmişdir. Həmin proqrama əsasən hazırda rayonda ət-süd emalı müəssisəsinin və mineral sular zavodunun yaradılması işinə başlanılmışdır. Rayon icra hakimiyyətinin başçısı Nazim Veyisov müxbirimizlə söhbətində demişdir ki, Gəncə tikiş istehsal birliyinin əvvəllər rayonda fəaliyyət göstərən filialının bərpası üçün də danışıqlar aparılır. Bundan başqa, sakinlərin çoxsaylı təklifləri nəzərə alınmaqla yaxın vaxtlarda rayonda toxuculuq fabriki də açılacaqdır.