İstanbulda COVID-19-la bağlı bəzi qadağalar yenidən qüvvəyə minir
İstanbul, 29 avqust, AZƏRTAC
Son zamanlar Türkiyə ərazisində COVID-19-a yoluxma və ölüm hallarının kəskin artması səbəbindən ölkənin bir sıra vilayətlərində olduğu kimi İstanbulda da bəzi qadağalar yenidən qüvvəyə minir.
AZƏRTAC xəbər verir ki, İstanbul valiliyindən verilən son açıqlamaya görə, şəhərdə qapalı məkanlarda toy, nişan, ad günü kimi mərasimlərin keçirilməsi qadağan olunub. Açıq havada keçiriləcək şənliklərdə isə bir sıra qadağalar tətbiq olunacaq. Bu qadağalara qonaqların məkanın üçdə birini doldurması, rəqs edilməməsi, yaxın təmasda olmaması da daxildir. Qadağalar çərçivəsində bəy və gəlinin birinci dərəcəli qohumları istisna olmaqla yaşı 65-dən yuxarı olanların iştirak etməsinə icazə verilməyəcək, digər qonaqların sosial məsafə qaydaları çərçivəsində hərəkət etməsi nəzərdə tutulur.
Bu qadağalar avqustun 31-dən etibarən qüvvəyə minəcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]