Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda üçüncü hava limanının açılması THY-nin Azərbaycana olan uçuşlarına müsbət təsir edəcək

İstanbulda üçüncü hava limanının açılması THY-nin Azərbaycana olan uçuşlarına müsbət təsir edəcək

“Türk Hava Yolları” aviaşirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyasın AZƏRTAC-a eksklüziv müsahibəsi

Bakı, 13 may, Elvin Camalov, AZƏRTAC

- “Türk Hava Yolları”nın (THY) Azərbaycanda fəaliyyətinın 25 ili tamam olur. Bu yubileyə necə hazırlaşırsınız?

- “Türk Hava Yolları” Azərbaycanda 1991-ci ildə martın 25-də fəaliyyətə başlayıb. Azərbaycan bizim üçün həm ticarət baxımından, həm də qardaş ölkə kimi çox önəm daşıyır. Yubileylə bağlı tədbir təşkil edəcəyik. Həmçinin Azərbaycan xalqına 25 illik bizimlə əməkdaşlığa görə təşəkkürümüzü bildirən reklam çarxlarımız çəkilib. Azərbaycan bizim Türk Dünyasında səfərlərə başladığımız ilk ölkədir. Keçirəcəyimiz tədbirdə bir sıra sürprizlərimiz olacaq. Biz bütün xərcləri qarşılayaraq 25 illiyimiz münasibətilə Azərbaycandan 25 kimsəsiz uşağı Türkiyəyə bir neçə günlük ziyarətə aparmağı nəzərdə tutmuşuq. Bu istiqamətdə işlər görürük. Ümidvarıq ki, nəzərdə tutduğumuz planlarımızı həyata keçirə biləcəyik.

- Hal hazırda “Türk Hava Yolları” Azərbaycana neçə uçuş həyata keçirir?

-Bakıya gün ərzində 5 dəfə uçuş həyata keçiririk. Bunlardan 4-ü “Atatürk”, 1-i isə “Sabiha Gökçen” hava limanından baş tutur. Həftədə 2 dəfə Pakistanın paytaxtı İslamabada uçuşumuzu da Bakı üzərindən həyata keçiririk. Bunu da nəzərə alsaq həftədə 37 dəfə təyyarələrimiz Bakıya gəlir. Uçuşları “Airbus A321” təyyarələri ilə həyata keçiririk. Bundan əlavə bizim Naxçıvan və Gəncəyə də uçuşlarımız olur. Ümumilikdə Azərbaycanda 3 istiqamətə uçuruq. Bütün bunları dəyərləndirərək demək olar ki, Azərbaycandakı fəaliyyətimiz inkişafa yönəlib və bizim üçün burada fəaliyyət göstərmək xoşdur. Azərbaycanla dostluq və qardaşlıq əlaqələri hər zaman olacaq və biz də qardaş ölkədə hər zaman fəaliyyət göstərəcəyik.

- İstanbulda üçüncü hava limanı istifadəyə verildikdən sonra “Türk Hava Yolları”nda hansı dəyişikliklər gözlənilir və müsbət irəliləyişlər nədən ibarət olacaq?

-Üçüncü İstanbul hava limanının THY üçün çox müsbət təsirləri olacaq. Hazırda “Atatürk” hava limanı öz gücündən artıq çalışır. Bu səbəbdən 3-cü bir hava limanının inşasına ehtiyac yarandı. 3-cü hava limanı istifadəyə verildikdən sonra THY öz fəaliyyətini daha da genişləndirəcək. Yeni hava limanında THY-nin təyyarələrinin sayı 450 ədəd olacaq və təbii ki, uçuş istiqamətlərinin də sayı artacaq. Düşünürəm ki, THY-nin 3-cü hava limanı açıldıqdan sonra fəaliyyətinin genişlənməsi Azərbaycandan olan səfərlərimizə də müsbət təsir edəcək. Bu istiqamətdə hələ ki fəaliyyət planı hazırlayırıq.

- İstanbul-Bakı-İstanbul aviareyslərində hansısa endirim kampaniyaları gözlənilirmi?

-Hazırki vəziyyəti dəyərləndirib kampaniyalar haqda düşünürük. Son vaxtlar Azərbaycanda aşağı büdcəli aviaşirkətlər fəaliyyət göstərməyə başlayıb. “Türk Hava Yolları”nın bildiyiniz kimi aşağı büdcəli aviareysləri yoxdur. Buna görə uçuş xərcləri barədə bəzi təkliflər hazırlayırıq. Biz qarşıdan gələn yay mövsümü ilə əlaqədar xüsusi proqram üzərində işləyirik.

- Qeyd etdiyiniz kimi, Azərbaycanda 3 istiqamətə uçuş həyata keçirirsiniz. Bunların sayını artırmaq barədə planlarınız varmı?

-Digər bölgələrə səfərlərin gəlirləri haqda düşündükdən sonra qərar vermək olar. Ancaq bir məqam var ki, Azərbaycan son zamanlar turizmin inkişafına daha çox diqqət ayırır. Azərbaycanın atdığı iqtisadi inkişaf addımları və THY-nin fəaliyyətini genişləndirmək üçün cəhdləri bizə bu vəziyyəti dəyərləndirməyə imkan verir. Çalışacağıq şərait yaransa bundan istifadə edək.

-Azərbaycanın turizm sahəsində inkişafı sizin burada fəaliyyətinizə nə kimi təsirlər göstərir? - Azərbaycanda əməkdaşlıq etdiyimiz qurumlar var. Turizm və səyahət sahəsində olan əksər şirkətlərlə əməkdaşlıq edirik. İstər Mülki Aviasiya Administrasiyası, istər AZAL, xüsusilə də agentliklərlə əməkdaşlığımız mövcuddur. Qeyd etdiyim kimi Azərbaycanın turizmin inkişafına ayırdığı xüsusi diqqəti dəyərləndirərək THY olaraq biz də bu istiqamətdə dəstək verməyi qərara almışıq. Mənim şəxsi fikrimcə Azərbaycan turizm cəhətdən ziyarət edilməli bir ölkədir. Çünki tək Bakı ilə deyil, həm də təbii gözəlliklərlə dolu digər bölgələrinin təbiəti ilə də turistlərin diqqətini çəkmək olar. Bundan əlavə Azərbaycanın qış turizmi cəhətdən də inkişaf edən bölgələri var. Son dövrlərdə xidmət sahəsində qiymətlərin aşağı düşməsi nəticəsində demək olar ki, bura turist axınının olması üçün gözəl şərait yaradılıb. Biz də Azərbaycana dəstək üçün uçuşlar həyata keçirdiyimiz digər istiqamətlərdə Azərbaycanın turizm tanıtımı üçün işlər görmək istəyirik. Bununla bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə görüşlərimiz olub. THY olaraq Azərbaycanın tanıtımına verəcəyimiz dəstək barədə məlumat vermişik. Hazırda da görüşlərimiz davam edir, əməkdaşlığımızı dərinləşdirməyi düşünürük.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir