İSTANBULDAKI GENİŞ PROSPEKTLƏRDƏN BİRİNƏ ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN ADI VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 10-da İstanbulun Beşiktaş rayonundakı geniş prospektlərdən birinə ümummilli liderimiz Heydər Əliyevin adı verilmişdir.
Bu münasibətlə keçirilən təntənəli mərasimi Beşiktaş bələdiyyəsinin sədri İsmayıl Ünal giriş sözü ilə açaraq, zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əliyevin türk dünyası qarşısındakı misilsiz xidmətlərindən danışmışdır. Azərbaycan Milli Məclisinin deputatı Fəttah Heydərov ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsinin həm ölkəmizdə, həm də bütün türk dünyasında böyük hörmət və ehtiramla yad edilməsindən, ümummilli liderimizin Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etməsi sahəsindəki əvəzsiz xidmətlərindən məmnunluqla söhbət açmış, Heydər Əliyevin xatirəsinə göstərilən böyük diqqət, dərin hörmət və ehtirama görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir. Sonra “Heydər Əliyev prospekti” yazılan lövhənin üzərindəki örtük alqış sədaları altında götürülmüşdür.
Təntənəli mərasimdə YAP-ın icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, şeyxülislam hacı Allahşükür Paşazadə, Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev, ölkəmizin İstanbuldakı baş konsulu İbrahim Yaqubov, Türkiyənin “Palmali” şirkətinin prezidenti Mübariz Məsimov, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və digər şəxslər iştirak etmişlər.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]