İSTANBULUN BEŞİKTAŞ RAYONUNDA TÜRKİYƏ-AZƏRBAYCAN DOSTLUQ PARKI AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 10-da İstanbulun Beşiktaş rayonunda Türkiyə-Azərbaycan dostluq parkının təntənəli açılış mərasimi keçirilmişdir. Ərazisində yaraşıqlı istirahət guşələri, uşaq oyun meydançaları, veteranlar klubunun yerləşdiyi parkın mərkəzində Türk dünyasının iki dahi şəxsiyyəti - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin barelyefləri açılmışdır.
Bu münasibətlə keçirilən təntənəli mərasimdə Beşiktaş bələdiyyəsinin sədri İsmayıl Ünal, Azərbaycan Milli Məclisinin deputatları Əli Əhmədov, Fəttah Heydərov, Zəlimxan Yaqub, Novruz Quliyev, respublikamızın Türkiyədəki səfiri Məmməd Əliyev, ölkəmizin İstanbuldakı baş konsulu İbrahim Yaqubov çıxış etmişlər. Natiqlər Türkiyə-Azərbaycan dostluğunun tarixindən, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafından söhbət açmış, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bütün türk dünyası qarşısındakı əvəzsiz tarixi xidmətlərindən danışmış, dost və qardaş ölkələrimizin arasında əlaqələrin əbədi və sarsılmaz olduğuna əminliklərini bildirmişlər.
Sonra iki dahi şəxsiyyət - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin barelyefləri üzərindəki örtük mərasimin çoxminli iştirakçılarının sürəkli alqış sədaları altında götürülmüşdür.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə, Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və digər şəxslər iştirak etmişlər.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]