İSTEHLAK MALLARININ SATIŞININ VƏ PULLU XİDMƏTLƏRİN HƏCMİ ARTMIŞDIR
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin ilk iki ayı ərzində ölkənin əhalisinə 2,9 trilyon manatlıq müxtəlif çeşiddə istehlak malları satılmışdır. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çoxdur.
Malların 21,4 faizi hüquqi şəxslər, 31,5 faizi yarmarkalarda, 11,3 faizi kənd təsərrüfatı məhsulları bazarlarında, 35,8 faizi digər yerlərdə ticarətlə məşğul olan fərdi sahibkarlar tərəfindən satılmışdır. Əmtəə dövriyyəsinin 1,9 trilyon manatını ərzaq, 1,0 trilyon manatını qeyri-ərzaq malları təşkil etmiş və onların satışı 2003-cü ilin 2 ayı ilə müqayisədə müvafiq olaraq 8,4 faiz və 18,9 faiz artmışdır.
Yanvar-fevral aylarında əhaliyə 507,2 milyard manatlıq pullu xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövründəkindən 12,2 faiz çoxdur. Xidmətlərin yarıdan çoxu (69,8 faizi) hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 15,4 faiz çox xidmət göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:30]
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
- 30.09.2026 [10:40]
“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib
- 30.09.2026 [10:40]
Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır
- 30.09.2026 [10:13]
Qızıl və gümüş bahalaşıb VİDEO
- 30.09.2026 [10:09]
Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]