Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstiqraz - əsrlərin sınağından çıxmış qazanc üsulu

İstiqraz - əsrlərin sınağından çıxmış qazanc üsulu

Bakı, 26 aprel, AZƏRTAC

Borcu təsdiqləyən alətlərin, o cümlədən istiqrazların tarixi çox qədimdir və bir neçə min il əvvələ gedib çıxır. Amma onların bizim adət etdiyimiz formada və məqsədlərlə buraxılmasına təqribən min il əvvəl başlanılıb. İlk dövrlərdə dövlətlər istiqrazları müharibə üçün maliyyə vəsaiti əldə etmək məqsədilə buraxırdılar. İstiqraz sahibləri üçün bunun elə bir fərqi yoxdur - onlar min il əvvəl olduğu kimi indi, də istiqrazlardan qazanmaqda davam etməkdədirlər.

"Müharibə istiqrazları"

Bəzi mənbələrə görə, ilk istiqraz buraxılışları o vaxtın maliyyə mərkəzi sayılan Venesiyadan başlanıb. Hazırda dünyanın qiymətli kağızlar bazarının əsasını təşkil edən istiqrazlar heç də həmişə dinc məqsədlər üçün buraxılmayıb. 1100-cü illərdə Venesiya apardığı müharibələri maliyyələşdirmək üçün “presiti” kimi tanınan dövlət istiqrazlarını buraxmağa başlayır. İstiqrazların üzərində onun nə vaxt ödəniləcəyi, puldan istifadəyə görə əlavə ödənişin məbləği (yəni, istiqrazı alan tərəfin illik gəliri) və digər şərtlər ətraflı yazılırdı. Şəhər öz istiqraz bazarını 14-cü əsrə kimi inkişaf etdirdi. Həmin vaxtadək Venesiya sakinləri istiqrazlara öyrəşmişdi, onlar bu istiqrazları alıb-sata bilir və istiqraz sahibləri müəyyən edilmiş illik qazanc əldə edirdilər.

Kilsənin təqibindən qurtulmaq üsulu

Maraqlıdır ki, istiqrazların yaranmasının bir səbəbi də kilsə tərəfindən sələmçilərə qadağa qoyulması idi. XVI əsrdə Fransada və Hollandiyada kilsə sələmçilərə və onların faizlərinə qarşı əsl müharibə elan etmişdi. Sələmçilər vəziyyətdən çıxmaq üçün istiqraz formasını fikirləşib tapdılar. Əslində hər şey olduğu kimi qalmışdı, yeganə fərq ondan ibarət idi ki, istiqrazın üzərində borc faizi əvəzinə "gəlirdən faiz" sözü yazılmışdı. Bu ifadə imkan verirdi ki, istiqraz üçün ödənilən faiz gəlirin bölüşdürülməsi sayılsın. Bunu isə kilsə qadağan etmirdi və borc verən tərəf kilsənin təqibindən yaxa qurtarırdı.

İstiqrazların dili fransızca idi

Hollandiyada ilk istiqrazlar XVI əsrdə buraxılmağa başlayır. İlk istiqrazlar 1517-ci ildə İspaniya ilə müharibədə istifadə etmək məqsədilə buraxılmışdı. Həmin istiqrazı alanların illik qazancı orta hesabla 20 faiz təşkil edirdi. Bu istiqrazlar veksel şərtləri ilə buraxılır, üstündəki yazılar isə fransızca idi. Ümumiyyətlə, 20-ci əsrə kimi buraxılan istiqrazların çoxunun üstündəki yazılar fransızca idi, həmin vaxt fransız dili maliyyə dili kimi qəbul edilirdi.

İngiltərə-Fransa müharibəsinin istiqrazları

Dünya tarixində ən uzun sürən müharibə də istiqrazlarsız baş tuta bilməzdi - 1663-cü ildə İngiltərədə “Bank of England” tərəfindən istiqrazlar buraxılıb və cəlb edilən pullar Fransa ilə müharibədə istifadə edilib. Həmin istiqrazlar tarixdə ilk rəsmi dövlət istiqrazları kimi tanınır. Onlar həm illik qazanc gətirir, həm lotereya kimi də qeydiyyatdan keçirilirdi.

Bundan sonra digər ölkələr də müharibəyə pul tapmaq üçün istiqraz buraxmağa başladılar. XVIII əsrdə Amerika Birləşmiş Ştatları da istiqraz bazarına daxil oldu. İlk istiqrazlar inqilab zamanı buraxıldı. Onların buraxılışından cəlb olunan pullar vətəndaş müharibəsində istifadə olunurdu. Təkcə fiziki şəxslər bu müharibə üçün buraxılan 27 milyon dollarlıq istiqraz almışdılar.

Sülh və inkişaf istiqrazları

Dünyada istiqraz bazarları, daha dəqiqi dinc məqsədlər üçün istiqraz buraxılışları əsasən 1815-ci ildən sonra sürətlə inkişaf etməyə başladı. Bu dövrdə İngiltərə bir çox yerlərdə dəmiryollarına və kanallara investisiya qoymaqda, Latın Amerika ölkələrinə və İngiltərənin müstəmləkələrinə maliyyə vəsaiti ayırmaqda idi. Bu da özlüyündə müxtəlif ölkələrdə istiqraz bazarlarının inkişafına təkan verdi. Bundan başqa, 1815-1914-cü illər arasında İngiltərədə yaşanan iqtisadi canlanma öz növbəsində istiqraz faizlərini 4 faizə qədər aşağı saldı. Bu müddət ərzində ABŞ, Almaniya, Fransa və digər başqa ölkələr də illik 3 faiz gəlirliliklə dövlət istiqrazları satışa buraxırdılar.

Napoleon və istiqrazlar

İstiqrazların buraxılmasından keçən 700 il ərzində dünya istiqraz bazarında faiz nisbətlərində azalma müşahidə edilir. Belə ki, 1285-1600-cü illər arasında dövlət istiqrazlarının illik gəlirliyi 6-10 faiz arasında dəyişir, bəzi hallarda hətta 20 faizə qalxırdı. Amma XVIII əsrin əvvəllərindən etibarən Londonda və Nyu-Yorkda yaranan istiqraz bazarları istiqraz faizlərinin azalmasına səbəb oldu və istiqrazların gəlirliliyi 3 faizə qədər düşdü. İstiqraz bazarına və onların gəlirliliyinə Napoleon müharibələri də təsirini göstərib. Napoleonun başlatdığı müharibələrin təsiri ilə İngiltərənin xarici borcu sürətlə artaraq, ÜDM-nin 200 faizini təşkil etdi ki, bu da ölkədə iqtisadi riskləri artırdığına görə, İngiltərə bankının buraxdığı istiqrazların faizlərinin 6 faizə qədər çıxmasına səbəb oldu.

Çar Rusiyasının istiqrazları

Rusiyadada ilk istiqrazlar II Yekaterinanın dövründə, 1769-cu ildə buraxılmağa başlanır. İstiqrazın buraxılışından əldə olunan vəsaitlər Rusiyaya Krımın işğalı zamanı əldə edilən borcları ödəmək üçün lazım idi. Bəzi səbəblərə görə Rusiya bu istiqrazları özü buraxa bilmədi və istiqraz buraxılışını vasitəçilərinin - əsasən holland bankirlərinin köməyi ilə həyata keçirdi. İllik 5 faiz gəlirliklə buraxılan istiqrazların alıcıları da xaricilər - İngiltərə və Almaniya bankları idi.

Rusiyada istiqraz bazarının inkişafı təhkimçiliyin ləğvindən - 1861-ci ildən sonra başladı. Ölkə ilk növbədə dəmir yollarının tikintisi üçün lazım olan vəsaitləri istiqrazlar buraxaraq yığırdı. İstiqrazların çoxu illik 4 faiz gəlir gətirirdi və 5 - 50 il müddətinə buraxılırdı.

1917-ci ildə Çar Rusiyasının bütün istiqrazları qeyri-qanuni elan edildi və bununla da istiqraz sahiblərinin qoyduqları bütün vəsaitlər batdı. 20-ci illərdən etibarən artıq Sovet İttifaqının istiqrazları buraxılmağa başlanır. Bu istiqrazlar uduşlu idi.

10 illik “Azadlıq İstiqrazları”

İlk dəfə 10 illik dövlət istiqrazları isə ABŞ tərəfindən XX əsrin əvvəllərində “Azadlıq İstiqrazları” adı altında buraxılıb. Bu istiqrazlar Birinci dünya müharibəsi zamanı yenə də müharibəyə maliyyə dəstəyi üçün buraxılmışdı. 1917-ci ildə ABŞ-ın Almaniyaya müharibə elan etməsindən 3 həftə sonra parlament ABŞ-a illik 3,5 faiz gəlirliliklə 5 milyard dollarlıq istiqraz buraxmağa icazə verdi.

Yüz ildən artıq tarixi əhatə edən ABŞ istiqraz bazarında bu müddət ərzində kəskin eniş və çıxışlar yaşanıb. Xüsusi ilə dövlət istiqrazlarının qiyməti və bundan asılı olaraq da faizləri, iqtisadi mühitdəki dəyişmələr nəticəsində ciddi dalğalanmalar göstərib.

Belə ki, 1902-1920-ci illər aralığında istiqrazların faiz nisbətləri müharibə və inflyasiya risklərinə qarşı 2,82 faizdən 5,67 faizə yüksəlib. 1921-1945-ci illər arasında isə faizlər deflyasiya və iqtisadi dəyişikliklər nəticəsində 5,67 faizdən 1,55 faizə düşüb. Ancaq 1970-cil illərin ortalarından başlayaraq, kapitalist ölkə iqtisadiyyatlarında yaşanan inflyasiya və iqtisadi durğunluq nəticəsində faizlər təkrar artmağa başlayıb və faiz hədləri təqribən 10 dəfə artaraq 1,55 faizdən 15,84 faizə çıxıb. Bu göstərici ABŞ istiqraz tarixində ən böyük göstərici hesab olunmaqdadır. 1981-ci ildən sonra isə faizlər azalmağa başlamış, nəticədə 2011-ci ildə 1,46 faizə düşüb. Hazırda isə ABŞ-da 10 illik dövlət istiqrazlarının faiz nisbəti orta hesabla 2,58 faiz təşkil etməkdədir.

100 trilyon dollarlıq bazar

Hazırda istiqrazlar dünyanın, demək olar ki, bütün dövlətləri və iri şirkətləri tərəfindən buraxılır. Dünya istiqraz bazarının həcmi 100 trilyon dollardan çoxdur . Hər gün birjalarda 700 milyard dollarlıq istiqraz alınıb - satılır və sahiblərinə sabit qazanc gətirir. İstiqraz bazarının inkişafının və onlara marağın böyük olmasının əsas səbəbi onların daha likvid yatırım aləti olması, risksiz olması və gəlirliliyin əvvəlcədən bilinməsidir.

"SOCAR Capital"ı şirkətinin PR qrupu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?