İSVEÇ ALİMLƏRİ VİKİNQLƏRİN DİŞLƏRİNDƏ HƏRBİ FƏRQLƏNMƏ NİŞANLARI TAPMIŞLAR
AZƏRTAC “Nyu Sayentist” qəzetinə istinadla xəbər verir ki, bunu İsveç Milli İrs Şurasının alimləri kəşf etmişlər. Onlar vikinqlərin 557 skeletini öyrənərək aydınlaşdırmışlar ki, skeletlərin bir çoxunun dişlərində iti alətlə çəkilmiş xüsusi cızıqlar var.
Alimlər həmin nişanlara yalnız kişilərdə rast gəlindiyini aşkara çıxardıqdan sonra bu cızıqların hərbçilərə aid olması qənaətinə gəlmişlər. Kişilərin təxminən 10 faizinin dişlərində belə kərtiklər aşkar edilmiş, qadın skeletlərində isə belə əlamətə rast gəlinməmişdir. Kərtiklər kişilərin qabaq üst dişlərinə çəkilirdi. Alimlərin fərziyyəsinə görə, hər bir komandirin dişlərində, rütbəsindən asılı olaraq iki, yaxud üç kərtiyi vardı.
Bu nişanlar barədə başqa fərziyyə də var. Onlar adamın bu və ya digər tayfaya mənsubluğunu, onun ağrıya nə dərəcədə dözümlü olduğunu, yaxud ictimai mövqeyini müəyyənləşdirə bilərdi. Qeyd edək ki, dişlərində kərtiklərə rast gəlinən kişilərin əıksəriyyəti cavan ikən ölmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]