İSVEÇ KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB FREDRİK RAYNFELDTƏ
Hörmətli cənab Baş nazir,
Milli bayramınız - İsveç bayrağı günü münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, dost ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün mövcud imkanlardan bundan sonra da səmərəli istifadə edəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 may 2008-ci il.