İsveç televiziyası: Ayağının bir hissəsini müharibədə itirmiş azərbaycanlı veteran futbolda təsəlli tapıb
Stokholm, 17 iyun, AZƏRTAC
İsveç televiziyası (SVT) azərbaycanlı müharibə veteranı Abbas Yusifov haqqında reportaj hazırlayıb. Vətən müharibəsində ayağının bir hissəsini itirmiş veteran indi futbolla məşğul olur və bununla təsəlli tapır.
AZƏRTAC xəbər verir ki, reportajda haqqında söhbət gedən Abbas Yusifov keçən il oktyabr ayında, 44 günlük Vətən müharibəsi dövründə Qarabağda minaya düşüb və nəticədə sol ayağının bir hissəsini itirib.
Mart ayında reabilitasiya prosesi başa çatıb, aprel ayında isə Abbas Yusifov futbolla məşğul olmağa başlayıb. Dediyinə görə, bu məşğələlər ona çox kömək edib.
Azərbaycan Ordusunun zabiti olmuş Abbas Yusifov SVT telekanalının jurnalistləri ilə söhbət zamanı deyib: “Futbol oynayanda insan özünü daha fəal və daha sağlam hiss edir, əhvalı yaxşılaşır. Bundan əlavə, futbol oynayandan sonra hiss edirsən ki, ətrafdakı insanlardan təcrid olunmamısan”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]