İSVEÇİN KRALI ƏLAHƏZRƏT XVI KARL QUSTAVA
Əlahəzrət,
Ölkənizin milli bayramı - İsveç bayrağı günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Əminəm ki, xalqlarımız arasında dostluğun möhkəmlənməsi, əməkdaşlığımızın genişlənməsi naminə birgə səylərimizlə Azərbaycan-İsveç münasibətlərinin inkişafına töhfələr verəcəyik.
Bu tarixi gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveç xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 may 2008-ci il.