İsveçrədə qar uçqunu altında qalan bütün turistlər tapılıb VİDEO
Bakı, 20 fevral, AZƏRTAC
İsveçrə polisi Vale kantonunda qar uçqununun baş verdiyi rayonda axtarış əməliyyatının başa çatdığını bildirib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Vale polisinin “Twitter” səhifəsində yerləşdirilib: “Axtarış əməliyyatı bütün gecə boyu davam edib və yalnız səhər saatlarında dayandırılıb. Ehtiyac olsa, əməliyyatı davam etdirə bilərik. İtkin düşənlər yoxdur. Xəsarət alan 4 nəfərdən birinin vəziyyəti ağırdır”.
Qeyd edək ki, fevralın 19-da Kran-Montana kurortunda qar uçqunu baş verib. Qar altında qalanların axtarışı ilə bağlı əməliyyatlara 100-dən çox xilasedici, o cümlədən hərbçilər və iki helikopter cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]