İTALİYA 100 MİLYON DOLLARLIQ EKSPONATLARI QAYTARMAĞI TƏLƏB EDİR
Muzeyin şübhəli mənşəli eksponatları kütləvi surətdə alması faktı onun baş kuratoru Marion Tru həbs edildikdən sonra fondda aparılan audit yoxlaması zamanı aşkara çıxarılmışdır. Xanım Trunu əntiq əşyaları onlardan çox da baş çıxarmayan antikvarlardan və “əliəyri” arxeoloqlardan almaqda təqsirləndirirlər. Muzeyin rəhbərliyi artıq etiraf etmişdir ki, kolleksiyadakı 52 əsər qeyri-leqal mənbələrdən daxil olmuşdur. Hazırda isə bu rəqəm, demək olar, 7 dəfə artmışdır.
İtaliya Mədəniyyət Nazirliyinin ekspertləri yoxlamanın nəticələri ilə tanış olaraq, Getti muzeyindəki, az qala, bütün məşhur eksponatlarının qaytarılmasını tələb etmişlər. Məsələn, mübahisəli obyektlər siyahısına qalib gəncin tunc heykəli, gözəllik ilahəsi Afroditanın mərmər heykəli və digər incəsənət əsərləri daxildir.