İtaliya İsraildəki vətəndaşlarını təxliyə edib
Roma, 9 oktyabr, AZƏRTAC
İtaliya vətəndaşları İsraildən təxliyə olunub.
AZƏRTAC xəbər verir ki, İtaliya vətəndaşları iki təyyarə ilə paytaxt Romadakı “Fiumicino” beynəlxalq hava limanına və Milandakı “Malpensa” aeroportuna gətirilib. Onların arasında turistlər, zəvvarlar və könüllülər var.
İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Təl-Əvivdəki səfirliyin, Qüdsdəki konsulluğun, eləcə də nazirliyin Böhran bölməsinin hadisələri və italyanların vəziyyətini diqqətlə izlədiyini deyib. Qeyd edib ki, İtaliya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görülür. Bu vaxtadək İsraildəki İtaliya vətəndaşları ilə bağlı hər hansı “mənfi xəbər” alınmayıb.
Digər İtaliya vətəndaşlarının İsraildən təxliyəsi üçün işlərin davam etdiyi bildirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]