Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliya qəzeti Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətlərindən yazıb

İtaliya qəzeti Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətlərindən yazıb

Vatikan, 27 fevral, AZƏRTAC

Müqəddəs Taxt-Tac Ermənistan ilə Azərbaycan arasındakı sülh və normallaşma prosesinə töhfə verə, dialoqun gücləndirilməsində əvəzsiz rol oynaya bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun İtaliyanın “Tota Pulchra News” onlayn qəzetinə müsahibəsində yer alıb.

Müsahibədə Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətləri, ölkəmizdə xristianlığın kökləri və Qafqaz Albaniyasının qədim tarixi, Azərbaycanda katolik icmasının yaranması və inkişafı, Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi humanitar fəaliyyət, həmçinin Xocalı soyqırımı və Ermənistan-Azərbaycan arasındakı sülh və normallaşma prosesinə Vatikanın mümkün töhfəsi kimi mövzulara toxunulub.

Yazıda qeyd olunur ki, Müqəddəs Taxt-Tacın Qafqazdakı ən mühüm tərəfdaşı regionda kimliyinin və əhalisinin əksəriyyətinin xristian olmadığı yeganə ölkə olan Azərbaycandır.

Bildirilib ki, Azərbaycan Qafqaz Alban Apostol Kilsəsinin beşiyi olub. Xristianlıq qədim zamanlardan ərazilərimizdə kök salıb və bunu Alban mədəniyyəti ilə bağlı çoxsaylı memarlıq nümunələri sübuta yetirib.

Oxucuların diqqətinə çatdırılıb ki, sülhün təşviqi, dünya əhəmiyyətli tarixi, mədəni və dini irsin, multikulturalizmin, dini plüralizmin və tolerantlıq dəyərlərinin qorunmasının vacibliyi ilə əlaqəli ortaq maraqlar Müqəddəs Taxt-Tacla müxtəlif sahələrdə, xüsusən siyasi dialoqda, mədəni irsin qorunmasında, elm və təhsildə möhkəm əməkdaşlıq əlaqələrinin qurulmasına səbəb olub. Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı Sərəncamla Vatikanda ölkəmizin səfirliyi təsis edildikdən sonra Müqəddəs Taxt-Tacla əvvəl də mükəmməl olan əlaqələrə yeni təkan verilib. Yüksəksəviyyəli qarşılıqlı səfərlər, eləcə də hər iki ölkənin nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakı ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə olub.

Vurğulanıb ki, Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində yaşadığı məkandır, ölkədə güclü dini tolerantlıq ənənələri formalaşıb.

Diplomat Katolik Kilsəsi ilə Heydər Əliyev Fondunun əməkdaşlığından bəhs edərkən deyib: “Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu həm Azərbaycan mədəniyyətinin dünyada yayılmasında, həm də bu illər ərzində onun dəstəyi ilə bərpa olunan xristian ənənəsinin bütün incəsənət və mədəniyyət nümunələri daxil olmaqla, dünya irsi hesab etdiyi bütün sərvətlərin qorunmasında əvəzsiz rol oynayır. Bunlara Romanın Müqəddəs Marçellino və Pietro katakombalarının bərpası, Vatikan Muzeylərinin bir hissəsi olan Pio Klementino Muzeyindəki Zevsin heykəli və Vatikan Muzeylərinin Sikstin zalının qədim kabinetləri kimi mühüm sənət nümunələrinin restavrasiyası, Müqəddəs Pyotr Bazilikasının nekropolu və 1640-1653-cü illərdə italyan heykəltaraş Alessandro Alqardi tərəfindən yaradılmış, “Papa Böyük Leo və Atilla arasında görüş” qurbangahının, habelə Müqəddəs Kommodilla katakombalarının bərpası və ən son - 2025-ci il Yubiley zəvvarlarının təhlükəsiz şəkildə ziyarətini təmin etmək məqsədilə mühüm müqəddəs abidə olan Müqəddəs Pavel Bazilikasında aparılan işlər daxildir.

Ötən il Bakıda yeni kilsənin təməlinin qoyulduğunu bildirən səfir qeyd edib ki, ölkəmizdə katoliklərin dəqiq sayını müəyyən etmək çətindir. Bu, Katolik Kilsəsi ilə sıx bağlı olan icmadır. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğı göstərdiyi icma bu gün də inkişaf edərək genişlənir.

Bildirilib ki, katolik icması ölkəmizin dini və mədəni həyatına fəal töhfə verir.

Müsahibədə Xocalı qətliamına da toxunulub, hadisələri törədənlər arasında Ermənistan və Qarabağın silahlı hərbi xuntasında yüksək vəzifə tutanlar, o cümlədən Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan, Ermənistanın keçmiş müdafiə nazirinin müavini general Arkadi Ter-Tadevosyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, Bako Saakyan, Vitali Balasanyan və başqaları olub.

Qeyd olunub ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb və minalarla basdırıb. Münaqişə zamanı itkin düşən 4 min azərbaycanlının taleyi naməlum olaraq qalır. Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Diplomat, həmçinin Ermənistanla Azərbaycan arasında sülh prosesindən bəhs edib, regionda davamlı sülhün bütün iştirakçı xalqlar üçün rifah və sabitlik kimi yeni perspektivlər vəd edə biləcəyini diqqətə çatdırıb. Bildirib ki, Roma Papası balanslı mövqeyi, müdrikliyi və dünyada baş verən hadisələrə tətbiq etdiyi qayğılı yanaşması sayəsində dialoqun gücləndirilməsində əvəzsiz rol oynaya bilər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin zəngin dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub