İtaliyada nəqliyyat işçiləri tətil edirlər
Roma, 9 oktyabr, AZƏRTAC
İtaliyada yerli ictimai nəqliyyatda 24 saatlıq milli tətil elan olunub.
AZƏRTAC xəbər verir ki, həmkarlar ittifaqları tərəfindən qəbul olunan qərara əsasən, ölkədə bütün ictimai nəqliyyat növləri üzrə işçilər tətil edirlər. Buna səbəb kimi işçilərin əməkhaqqının və iş şəraitinin qaneedici olmaması göstərilir.
Tətil paytaxt Romada, eləcə də Milan, Neapol, Perugia, Modena, Turin, Viçensa və Bari kimi böyük şəhərlərdə nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.
İtaliyada taksi sürücüləri də oktyabrın 10-da bir günlük tətil edəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]