İtaliyada rusiyalı sahibkarın 41 milyon avroluq aktivləri müsadirə olunub
Roma, 29 iyul, AZƏRTAC
İtaliyanın Toskana və Florensiya bölgələrində rusiyalı sahibkarın ümumilikdə 41 milyon avro dəyərində aktivləri müsadirə edilib.
AZƏRTAC xəbər verir ki, adı açıqlanmayan sahibkarın Toskana və Florensiyada dəbdəbəli villalar, daşınmaz əmlaka sərmayə qoyduğu bildirilir.
Rəsmi Kiyevin tələbi ilə İtaliya maliyyə polisi Florensiya Prokurorluğunun qərarı əsasında rusiyalı sahibkarın ümumilikdə 41 milyon avro dəyərində aktivlərini müsadirə edib. Onun mülkləri arasında “Torre del Gallo” adlı qala da var.
Həmin şəxslə bağlı Ukraynada korrupsiya, dövlət şirkətinə qarşı 60 milyon dollardan çox məbləğdə dələduzluq və çirkli pulların yuyulması cinayətləri ilə bağlı istintaq aparıldığı bildirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]