Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyanın “la Repubblica” qəzeti: Azərbaycanın hərbi uğurları göz önündədir

İtaliyanın “la Repubblica” qəzeti: Azərbaycanın hərbi uğurları göz önündədir

 

Roma, 2 noyabr, AZƏRTAC

İtaliyanın nüfuzlu “la Repubblica” qəzetində həmin qəzetin Azərbaycana ezam olunmuş xüsusi müxbiri Peitro Del Renin müəllifi olduğu “Azərbaycanlıların fəryadı: “Məhz bu səbəbdən Dağlıq Qarabağın ayrılmasını qəbul edə bilmərik” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə düşmən artilleriyasından yalnız 10 km məsafədə yerləşən kənd təsərrüfatı regionundakı Tərtər şəhərinə səfər etdiyini və bu şəhərin sentyabr ayından bəri raket yağışına tutulduğunu və bombardman edildiyini bildirir. Müəllif qadağan edilmiş kasetli bombaların ermənilər tərəfindən Azərbaycana qarşı istifadəsinin “Amnesty International” tərəfindən qınanıldığını, Bərdə şəhərinin mərkəzi meydanda müharibə başlayandan bəri mülki vətəndaşlara qarşı ən ağır hücum nəticəsində 20 nəfərdən çox insanın ölümünə səbəb olan Rusiya istehsalı olan 300 mm kalibr güclü raketlərin qalıqlarını gördüyünü vurğulayır.

Məqalədə münaqişənin tarixinə və acı nəticələrinə də toxunulur, “Human Rights Watch” təşkilatına istinadən 1992-ci ildə Ermənistan ordusu tərəfindən Xocalıda mülki əhaliyə qarşı soyqırımı törədildiyi, rəsmi rəqəmlərə görə 106 qadın və 83 uşaq olmaqla 613 mülki şəxsin qətlə yetirildiyi bildirilir.

Məqalədə müəllifin səfəri zamanı söhbət etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmədiyi, öz müqəddəratını təyinetmə səbəbini əsas gətirərək Azərbaycan kimi müstəqil bir dövlətdən ayrılmanın dövlətlərin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn ərazi bütövlüyü və digər müvafiq prinsiplərini pozduğu, 30 ildir ki, Ermənistanın Azərbaycan ərazilərini qaytaracağını gözlədiyi, lakin BMT-nin 4 qətnaməsinə baxmayaraq Ermənistanın bunu etmədiyi qeyd olunur. Eləcə də ötən əsrin son 10 ilində Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, həmin şəxslərin bir çoxunun hələ də qaçqın düşərgələrində yaşadığı, hamısının öz evlərini, torpaqlarını itirdiyini və heç birinin bu müddət ərzində işğal olunmuş ərazilərdə öz yaxınlarının qəbirlərini belə ziyarət edə bilmədiyi və Dağlıq Qarabağın Azərbaycan xalqı üçün uzun müddətdir ki, qanayan bir yara olduğu deyilir.

Müəllifin söhbət etdiyi azərbaycanlılara istinadən Azərbaycanın uzun illərdir ki, Ermənistanın və xüsusən dünyadakı erməni diasporu tərəfindən alovlandırılan təbliğatın, yəni Dağlıq Qarabağdakı münaqişənin dinlər arasında - erməni xristianları ilə azərbaycanlı müsəlmanlar arasında müharibə olduğunu iddia edən təbliğatın qurbanı olduğu, əslində isə Azərbaycanın müsəlman, katolik, provoslav və yəhudi kimi fərqli məzhəblərin sülh və harmoniya içində yaşadığı ölkə olduğu deyilir. Azərbaycan vətəndaşlarına istinadən Azərbaycan ordusunun beynəlxalq terrorizmə qarşı müharibədəki fövqəladə töhfələr verdiyi, ölkəmizin üstün silahlarla və ədaləti bərpa etmək istəyi ilə mükəmməl təlim keçmiş ordusunun olduğu, bu səbəbdən heç kimin köməyinə ehtiyacımızın olmadığı bildirilir.

Məqalədə ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın iqtisadi inkişaf və ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlərdən söhbət açılır, 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonra Azərbaycanın neft ehtiyatlarının istismarına böyük sərmayələrin cəlb olunduğu, illərdir ki, Azərbaycanın iqtisadi inkişafının, bu gün isə, həmçinin Azərbaycan əsgərlərinin hərbi uğurlarının hamının gözü önündə olduğu deyilir. Məqalədə, eləcə də Azərbaycan ordusunun son bir ayda dörd şəhəri və iki yüzə yaxın kəndi geri alaraq, erməni ordusunu məğlub etməkdə olduğu, Azərbaycan strateqlərinin əsas hədəfinin 1992-ci ildə ermənilər tərəfindən zəbt edilmiş Şuşa şəhərinin olduğu barədə məlumat verilir.

Müəllif Ermənistanın baş naziri Nikol Paşinyanın öz ordusunun məğlubiyyətini etiraf etmədən Rusiya Prezidentindən müttəfiq ölkənin təhlükəsizliyini təmin etmək üçün rəsmi Moskvanın göstərə biləcəyi yardımla bağlı məsləhətləşmələrə başlamasını istədiyini, Kremlin cavabının isə çox gecikmədiyini, döyüşlərin yalnız Ermənistan ərazisinə qədər uzanacağı təqdirdə Rusiyanın “lazımi” köməyi göstərməyə hazır olduğunu bildirdiyini deyir və artıq Dağlıq Qarabağın taleyinin bəlli olduğu fikirləri ilə məqaləsini tamamlayır.

Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://www.repubblica.it/esteri/2020/11/01/news/nagorno-karabakh_guerra_azerbaijan_armenia-272562190/.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq