İtaliyanın Sardiniya adasında yerli seçkilərdə müxalifətin namizədi qalib gəlib
Roma, 27 fevral, AZƏRTAC
İtaliyanın Sardiniya adasında keçirilən regional seçkilərdə müxalifət sol partiyalarının namizədi xanım Alessandra Todde qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, yeni regional administrasiyanı müəyyən etmək üçün keçirilən seçkilərdə müxalif partiyaların dəstəklədiyi A.Todde səslərin 45,4 faizini toplayıb. O, regional administrasiya rəhbəri postuna seçilən ilk qadın olub.
Sağçı partiyalardan ibarət hökumət üçün mühüm sınaq kimi qiymətləndirilən seçkilərdə hakim koalisiya ciddi məğlubiyyətlə üzləşib. Koalisiyanın namizədi Paolo Truzzu 45 faiz səslə ikinci olub. Sağçı koalisiya hökumətinin seçkilərdəki məğlubiyyəti ölkə mediasında geniş əks-səda doğurub.
İtaliyanın Baş naziri Ciorcia Meloni telefon danışığı zamanı Alessandra Toddeni təbrik etdiyini, seçkidəki məğlubiyyətin prosesləri yenidən qiymətləndirmək üçün fürsət olduğunu bildirib.
“Bu, edilən səhvləri birlikdə qiymətləndirəcəyimiz məğlubiyyətdir. Qələbələrlə yanaşı, məğlubiyyətlərdən də dərs çıxararaq davam edəcəyik”, - deyə sağçı koalisiyanın rəhbərlərinin yaydığı birgə məlumatda deyilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]