IV İslam Həmrəyliyi Oyunları zamanı “Zəfər günləri” adlı xüsusi tədbir keçiriləcək
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) “Baku-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə yarışların qalibləri və mükafatçıları olan Azərbaycan idmançılarının şərəfinə “Zəfər günləri” adlı xüsusi tədbir təşkil edəcək.
MOK-dan AZƏRTAC-a bildiriblər ki, ikinci dəfə Milli Olimpiya Komitəsi tərəfindən keçiriləcək bu layihə çərçivəsində ilk dəfə birinci Avropa Oyunlarında olduğu kimi, qalib idmançılarımızın ictimaiyyətin və KİV-lərin nümayəndələri ilə görüşləri keçiriləcək. Beləliklə, bu ənənəyə uyğun olaraq, MOK artıq ikinci dəfə Oyunların medalçılarını yüksək səviyyədə qarşılayacaq.
Mayın 1-də Milli Olimpiya Komitəsində “Zəfər günləri” layihəsi ilə bağlı mətbuat konfransı təşkil olunacaq.