İxracla məşğul olan sahibkarlar üçün növbəti təlim tərəfdaşlarla işə həsr olunub
Bakı, 3 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən ixracatçı və ixraca hazırlaşan sahibkarların məlumatlandırılması məqsədilə keçirilən onlayn təlimlər davam edir.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, növbəti təlim "İxracın əsasları: Xarici tərəfdaşların axtarışı və onlar ilə işin qurulması” mövzusuna həsr olunub. Təlimdə ekspert tərəfindən xarici bazarlara çıxış üçün tərəfdaş axtarışında istifadə olunan əsas mənbələr, tərəfdaşların qiymətləndirilməsi və seçimi, əməkdaşlıqda çətinliklər və onların həlli barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Təlimdə ümumilikdə 20-yə yaxın sahibkar iştirak edib.
Qeyd olunub ki, cari ilin aprel ayından etibarən keçirilən təlimlərin məqsədi ixracla məşğul olan və ixraca hazırlaşan sahibkarları beynəlxalq bazarlara çıxış imkanları barədə məlumatlandırmaq və ixrac proseslərini daha effektiv şəkildə idarə etmələrinə dəstək olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:12]
Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək
- 11.06.2026 [12:06]
Nərimanov rayonunda obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB
- 11.06.2026 [12:00]
Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər
- 11.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [11:29]
Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO
- 11.06.2026 [11:24]
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb
- 11.06.2026 [11:21]
Beş tondan artıq narkotik vasitə məhv edilib
- 11.06.2026 [10:54]