İDMAN
“Judo Club 2012”nin təmsilçiləri mövsümün ilk yarışında 3 medal qazanıblar
Bakı, 21 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində yeniyetmələr arasında (U-18) cüdo üzrə keçirilən respublika birinciliyində “Judo Club 2012” idman klubunun yetirmələri 2 gümüş, 1 bürünc medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, klubun aktivinə gümüş medalları Məmmədrza Hacızadə (60 kq) və Zeynəb Məmmədova (52 kq), bürünc medalı isə Fidan Rəhimova (70 kq) yazdırıblar. Klubun təmsilçilərindən Rəşad Paşazadə (81 kq) və Əli Mahmudov (90 kq) beşinci yerlə kifayətlənməli olublar.
Budəfəki respublika birinciliyində 68 klubdan 565 (488 oğlan, 77 qız) cüdoçu doqquz çəki dərəcəsində mübarizə aparıb. “Judo Club 2012”nin yeniyetmə idmançılarının mövsümün ilk yarışındakı nəticələri qənaətbəxş sayıla bilər.